Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Ekspert: “Televiziya pul qazanmaq xatirinə dəyərləri tapdaya bilməz”

145
(Yenilənib 15:35 25.10.2018)
Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, bu gün televiziyalarda ictimai əxlaqın zədələnməsi və pozucu təsirlərə qədər mənfi tendensiyalar müşahidə olunur

Qulu Məhərrəmli: “Televiziya yayımı siyasətinə yenidən baxmağa ehtiyyac var”
“Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı”. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, artıq neçə illərdir televiziyalar mətbuatın və ümumilikdə medianın əsas mövzusuna çevrilib: 

“Televiziya insanları məlumatlandırmalı, estetik zövq formalaşdırmalıdır. Bu missiya daha çox büdcədən maliyyələşən telekanalların üzərinə düşməlidir. Amma bu özəl televiziyaları məsuliyyətdən azad etmir. Özəl kanallar pul qazanmaq xatirinə səviyyəsiz verilişlər hazırlaya bilməz. Bu gün televiziyalarda ictimai əxlaqın zədələnməsi və pozucu təsirlərə qədər mənfi tendensiyalar müşahidə olunur. Hesab edirəm ki, bütün bu məsələlər müzakirə edilməlidir. Televiziya ictimai missiyasını əsas tutaraq cəmiyyətə fayda verməlidir. Heç bir televiziya rəhbəri pul qazanmaq xatirinə dəyərləri tapdalaya bilməz. Televiziya yayımı siyasətinə yenidən baxmağa ciddi ehtiyyac var”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

145
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “İpoteka kreditlərinin artması pandemiya ilə əlaqəli deyil”

2
(Yenilənib 10:31 10.08.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, ciddi iqtisadi proseslər baş verməyibsə, belə kreditlərə tələbat yüksək olaraq qalır
Elnur Azadov: “Hazırda bazarda mənzilə tələbat yüksəkdir”

2020-ci ilin iyun ayında Azərbaycan bankları tərəfindən 18,6 milyon manat ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, kredit miqdarının həcmindəki bu artım pandemiya ilə əlaqəli deyil: “Əgər ciddi iqtisadi proseslər baş verməyibsə, belə kreditlərə tələbat yüksək olaraq qalır. Hazırda bazarda mənzilə tələbat yüksəkdir. İpoteka kreditlərinin miqdarının artması həm də həyata keçirilən sosial layihələrlə bağlıdır”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

112
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

112
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Müdafiə nazirinin daha bir sabiq müavini vəfat etdi, 52 yaşı vardı

0
(Yenilənib 12:22 10.08.2020)
Fuad Məmmədov 2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

© AR Ministry of Defense
General-leytenant Məmmədov Fuad Nadir oğlu

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı idi.

F.Məmmədovun ölümü ilə bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, general-polkovnik Kərəm Mustafayev, general-leytenant Kərim Vəliyev, general-leytenant Ramiz Tahirov və general-leytenant Nizam Osmanov nekroloq imzalayıb. Nekroloqda qeyd olunub ki,general-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

0
Əlaqədar
Azərbaycanda sabiq nazir müavini vəfat etdi
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat edib
General Polad Həşimovun adı əbədiləşdiriləcək