Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov

Cavid Qurbanov: “Rusiya Qazaxıstan şirkətləri BTQ ilə maraqlanır”

126
(Yenilənib 11:41 24.10.2018)
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyir ki, yaxın vaxtlarda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə qiymətlər açıqlanacaq

“Bədnam qonşularımız Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti haqqında Rusiya mətbuatında yazdırırdılar ki, bu xətt kənardan keçir. Amma hazırda Rusiya və  Qazaxıstan şirkətlərinin əksəriyyəti BTQ ilə maraqlanır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (SADY) sədri Cavid Qurbanov deyib.

“ADY-nin yükdaşıma qabiliyyəti ildə 30 mln. tondur. Bunun 10 mln. tonu daxili daşımalar, 20 mln. tonu isə Rusiyadan gələn yüklər ola bilər. Yükdaşımaların həcminin artırılması təkcə bizdən asılı deyil. AXDG də böyüməlidir. Bu gün onun yükdaşıma qabiliyyəti ildə 5-7 mln. ton arasındadır. Amma hazırda Gəmiçilik yeni gəmilər tikir və yəqin ki, yükdaşıma gücünü artıracaq” — deyə o bildirib.

Cavid Qurbanovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

126