Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov

ETSN-nin mütəxəssisi sürüşmə ərazisindəki son vəziyyəti açıqladı

9665
(Yenilənib 14:28 22.10.2018)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov deyir ki, ərazidə gərginlik hazırda davam etməkdədir

“Sürüşmə zonasında proses hələ də davam edir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib. 

Mütəxəssis bildirib ki, prosesin ərazinin relyefi tam düzələnədək və kütlənin gərginliyi tam çıxanadək davam edəcəyini bildirib: “Ərazidə gərginlik hazırda davam etməkdədir. Bu təbii proses olduğu üçün onun nə qədər davam edəcəyini demək olmaz”.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.

Əziz Qaralovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9665