İlqar Vəlizadə

Politoloq: “Qaşıqçının öldürülməsi geoploitik anlamda təsirsiz ötüşməyəcək”

97
(Yenilənib 11:35 19.10.2018)
Politoloq İlqar Vəlizadə deyir ki, bu hadisə ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə mənfi təsir göstərəcək

İlqar Vəlizadə: “Bu hadisə ABŞ-ın daxilindəki siyasi proseslərə də təsir edir”
“Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcəklər”. Bunu oktyabrın 17-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.   

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Camal Qaşıqçının ölümü ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə mənfi təsir göstərəcək: “Hazırda münasibətlər kəskin pisləşib. Bu hadisə ABŞ-ın daxilindəki siyasi proseslərə də təsir edir. Vaşinqtonda Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq olunması təklif edilir. Bu hadisə geoploitik anlamda təsirsiz ötüşməyəcək. Düşünürəm ki, münasibətlərin tarixində qara ləkə kimi qalacaq”.

Qeyd edək ki, müxalif jurnalist Camal Qaşıqçı bir neçə gün öncə nikaha girmək üçün lazım olan sənədi almaq məqsədi ilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olub və bir daha oradan çıxmayıb. 

97

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

88
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88

Ekspert: “Ölkə iqtisadiyyatını qorumaq üçün ciddi addımlar atılacaq”

95
(Yenilənib 09:46 08.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dövlət büdcəsinə ediləcək dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək
Fuad İbrahimov: “Azərbaycan pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb”

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb:

“Ölkələr iqtisadiyyatı qorumaq üçün monetar və fiskal addımlar atırlar. Azərbaycanda da bununla bağlı olaraq dövlət büdcəsində müəyyən düzəlişlərin aparılacağı gözlənilir. Amma ölkə başçısının da qeyd etdiyi kimi, bu dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Qadın Honqkonqda valyutadəyişmə məntəqəsinin qarşısından keçir, arxiv şəkli

Çin turistləri cəlb etmək üçün daha bir yola əl atır

0
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar.

BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.

Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.

Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.

Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.

0