Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас

Politoloq: “ABŞ Səudiyyə Ərəbistanı ilə anlaşmadan imtina edə bilməz”

140
(Yenilənib 15:27 18.10.2018)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Camal Qaşıqçının öldürülməsi hadisəsi Türkiyəni də pis vəziyyətə salır

“Camal Qaşıqçı məsələsi Səudiyyə Ərəbistanını çox pis vəziyyətdə qoyur”. Bunu Sputnik Azərbaycana Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü ehtimal edilən jurnalist Camal Qaşıqçı məsələsinə münasibət bildirərkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Camal Qaşıqçı böyük ehtimalla öldürülüb: “Səudiyyə Ərəbistanı hələki bu məsələni izah edə bilmir. ABŞ da bu məsələyə həssas yanaşır. Ancaq bununla belə ABŞ Səudiyyə Ərəbistanı ilə imzaladığı 300 milyard dollarlıq hərbi anlaşmadan imtina edə bilməz. Bu hadisə Türkiyəni də pis vəziyyətə salır. İndi əsas addımı Səudiyyə Ərəbistanının kralı atmalıdır. Hadisənin beynəlxalq münasibətlər sisteminə çox pis təsiri oldu. Əgər jurnalistin ölümü iddiaları təsdiqini taparsa bu, Səudiyyə Ərəbistanına beynəlxalq əlaqələrdə problem yaradacaq”.

Qeyd edək ki, müxalif jurnalist Camal Qaşıqçı bir neçə gün öncə nikaha girmək üçün lazım olan sənədi almaq məqsədi ilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olub və bir daha oradan çıxmayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

140