Nigar Arpadarai

Nigar Arpadarai Formula 1 azarkeşlərini endirimdən yararlanmağa çağırdı

368
(Yenilənib 14:29 22.10.2018)
Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyir ki, Qran-Pri biletlərinin satışında yerli sakinlər üçün əlavə 25 faizlik endirim tətbiq olunur

Nigar Arpadarai: “Azərbaycan Qran-Prisi “Ən yaxşı” nominasiyasında qalib adına namizəddir”
Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın 16-da start verilib. Sputnik Azərbaycan xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib. 

N.Arpadarai deyib ki, Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər: 

“Müxtəlif qurumların apardığı sorğunun nəticələrinə əsasən ötənilki Formula 1 Azərbaycan Qran-Prisi birinci olub. Azərbaycan Qran-Prisi 2018-ci ildəki yürüşdə “Ən yaxşı” nominasiyasında qalib adına namizəddir. Azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən yararlanmağa çağırırıq. Həmçinin Qran-Pri biletlərinin satışında yerli sakinlər üçün əlavə 25 faizlik endirim tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Cari il keçirilən yarışda 20 faiz yerli, 30 faiz isə xarici bilet satışında artım olub. 2018-ci il Formula 1 Azərbaycan Qran-Prisinin tamaşaçılarının 65 faizini yerli, 35 faizini isə əcnəbi izləyicilər təşkil edirdi. Yarışa 78 fərqli ölkədən 94 mindən çox insan gəlmişdi. Ümid edirik ki, növbəti yarışımızda bu rəqəmlərdə artıma nail olacağıq”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq.

Nigar Arpadarainin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

368
Politoloq Fikrət Sadıxov

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

38
(Yenilənib 10:20 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

38
Qurban Qurbanov, arxiv şəkli

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

28
(Yenilənib 16:01 22.10.2020)
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq
Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

28
Ermənistan ordusuna məxsus PUA

Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

0
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus növbəti dronun məhv edilməsi barədə məlumat yayıb.

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Ermənistan ordusuna məxsus PUA

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə