İbrahim Əlizadə

“Səni deyirlər”in ifaçısı ən böyük arzusunu açıqladı

168
(Yenilənib 10:06 18.10.2018)
“Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadə deyir ki, "mahnının sözləri qədim şairlərimizə aiddir, ancaq indi səslənən sözlər özümə aiddir"

“Azərbaycan səfər yaxşı oldu və burada qardaşlıq hissi ilə qarşılandım”. Bu fikirləri Sputnik Azərbaycana Bakıda səfərdə olan “Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadə deyib.

Məşhur olan mahnısı haqqında danışan ifaçı bildirib ki, hər bir mahnı populyar ola bilər: “Mənim də bəxtim gətirdi. Əlbəttə ki, bu mahnının məşhur olmağı bizi sevindirdi. İranda səslənmiş türk mahnılarımızdan biridir. Bu mahnı 40 il bundan qabaq yazılıb. Mahnı, sadəcə, toylarda səslənirdi. Düzdür, mahnının sözləri qədim şairlərimizə aiddir, ancaq indi səslənən sözlər mənə aiddir. Arzum odur ki, öz ölkəmdə — İranda konsertlərim olsun”.

Qeyd edək ki, İbrahim Əlizadə son aylarda məşhurlaşan “Səni deyirlər” mahnısının ifaçısıdır. Müğənni 9-cu beynəlxalq “The First” mükafatlandırma tədbirində iştirak məqsədilə Bakıya gəlib.

İbrahim Əlizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

168