Arzu Nağıyev

Politoloq: “Terrorizmlə mübarizə üçün koordinasiya olunmuş fəaliyyət lazımdır”

113
(Yenilənib 17:35 16.10.2018)
Politoloq Arzu Nağıyev deyir ki, Azərbaycanın şimal, Rusiyanın cənub sərhəddi arasında terror təhlükəsi daha çoxdur

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən “Cənubi Qafqaz” politoloqlar klubunun 59-cu iclasında Şimali Qafqazda, eləcə də Azərbaycanın şimal hissəsində terrorizm əleyhinə keçirilən effektiv əməliyyatlar, bölgədə ekstremizm və radikal meyllərin yayılmasına qarşı mübarizə məsələləri müzakirə edilib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, hər bir dövlətin təhlükəsizliyini təhdid edən məfhumlar mövcuddur: 

“Bu iqtisadi, siyasi və başqa istiqamətlərdə ola bilər. Bunların ən başlıcası terrorizmdir. Terrorizmlə mübarizə üçün koordinasiya olunmuş fəaliyyət lazımdır. Bu gün Azərbaycan və Rusiya xüsusi xidmət orqanları arasında bu koordinasiya mövcuddur. Azərbaycanın şimal, Rusiyanın cənub sərhəddi arasında terror təhlükəsi daha çoxdur. Buna görə də bizim birgə fəaliyyətimiz vacibdir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

113