Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda elmdə qocalmanın səbəbləri çoxdur:
“Bura inzibati, iqtisadi, sosial səbəblər daxildir. Hazırda alimlər özünü elmə tam həsr edə bilmir. Son 30-40 ildə alimlik məmur statusuna çevrilibdir. Yəni alimlər məmur olub. Bu da ona görədir ki, biz alimin sayını artırmağa cəhd edirik, keyfiyyəti yox. Sayın artması keyfiyyəti çox azaldıbdır. Amma ali məktəblərdə dərs demək üçün alim məmur yetişdirmək olar. Bizdə alim saatlarla alimdir”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz