Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Havanı çirkləndirən şadlıq evlərini əhali boykot eləsin ekspertdən çağırış

90
(Yenilənib 11:14 13.10.2018)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, görüləcək tədbirlər insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək

Eyyub Hüseynov: “AİB cərimələnmiş restoranlardan imtina edilməsi üçün iş aparacaq”
Havanı çirkləndirən şadlıq evlərinin, məişət obyektlərinin qapısı bağlanacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, dövlət orqanlarının bu sahədə gördüyü işlər təqdirə layiqdir: “Düşünürəm ki, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək. Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.

Bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq saraylarının fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilmişdi. 

90
Akif Aşırlı, Şərq qəzetinin baş redakoru

Akif Aşırlı: “Mediamız bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb”

8
“Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyir ki, bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil
Akif Aşırlı: “Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib”

“Həsən bəy Zərdabiyə rəhmət oxuyuruq ki, 145 il əvvəl “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsasını qoydu”. Bunu Sputnik Azərbaycan-a “Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyib.

Baş redaktor bildirib ki, 145 il ərzində Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib: “Azərbaycan mətbuatı beynəlxalq media sisteminin tərkib hissəsidir. Dünya mediasında baş verən yeniliklər bizim çap mediamızda, eyni zamanda digər media qollarımızda tətbiq olunur və biz bu yeniliklərin iştirakçısına çevrilirik. Bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil. Medianın bütün qollarında olan problemin ümumi səbəbi reklam bazarı ilə bağlıdır. Azərbaycan mediası son zamanlar bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb. Bu gün çap mediasının ən önəmli problemlərindən biri də yayımla bağlıdır. Eyni zamanda kadr hazırlıqlarında da dəyişikliklər edilməsi zəruridir. Hazırkı zamanda da çap mediası ən etibarlı mənbə rolunu oynayır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb. Müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.

Akif Aşırlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

70
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

70
Erməni əsgəri, arxiv şəkli

Ermənistan Müdafiə Nazirliyindən yeni etiraf: On yaralı var

0
(Yenilənib 12:28 15.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanın açdığı cavab atəşi nəticəsində 10 erməni əsgəri yaralanıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Şuşan Stepanyan öz "Facebook" səhifəsində bildirib.

"Hazırda müxtəlif dərəcədə xəsarət alan 10 hərbçimiz müalicə alır. Onlardan birinin vəziyyəti çox ağırdır. Beş nəfərin vəziyyəti orta ağırdır. Yerdə qalan hərbçilər gələn həftə xidmətə geri qayıdacaqlar", - deyə Şuşan Stepanyan bildirib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, qarşı tərəfin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Ermənistan tərəfi itkiləri gizlədir.

0