Pərviz Musayev

İdman şərhçisi: “Artıq Həbib Nurməhəmmədov dönəminin başladığını demək olar”

195
(Yenilənib 13:03 09.10.2018)
İdman şərhçisi Pərviz Musayev deyir ki, Makqreqor öz standartlarını təqdim etdiyi üçün onun personasına maraq böyük idi

“Döyüş zamanı Həbibin tərəfdarları üçün narahatlıq doğuran məqamlar var idi”. Bunu idman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda rusiyalı samboçu Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilmiş döyüşün nəticəsini şərh edərkən deyib.

“Makqreqorun əsas üstünlüyü ayaqüstə döyüşməsi idi. Amma onun da çatışmayan cəhəti özünü parter vəziyyətində narahat hiss etməsi idi. Ondan fərqli olaraq Həbibin əsas üstünlüyü parterdədi. Döyüşün gedişi göstərdi ki, Həbib ayaqüstə döyüş imkanlarını yaxşılaşdırıb. Ümumilikdə, isə Həbibin qələbə qazanma ehtimalları daha çox idi. Bu təxminlərin əsasında duran məsələ o idi ki, son iki ildə Makqreqor döyüş keçirməmişdi. Makqreqor öz standartlarını təqdim etdiyi üçün onun personasına maraq çox böyükdür. Əksəriyyət bunu qəbul etmir, Makqreqoru şoumenlikdə ittiham edirlər. Amma bütün baş verənlər bu cür döyüşlərin ayrılmaz hissələridir.  Bu qələbədən sonra artıq Həbibin dönəminin başladığını demək olar” — deyə o bildirib.

Pərviz Musayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

195