Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

İqtisadçı: “ABŞ-ın sanksiyaları dünya iqtisadiyyatına ciddi təsir göstərəcək”

109
(Yenilənib 11:13 07.10.2018)
Professor Elşad Məmmədov deyir ki, bu sanksiyalar Azərbaycan və İran iqtisadi əlaqələrindəki mövcud vəziyyətin dəyişməsinə səbəb ola bilər

“ABŞ-ın sanksiyalar siyasəti dünya ölkələrinin iqtisadiyyatına zərbə vrumaq xarakteri daşıyır”. Bunu Sputnik Azərbaycan-a ABŞ-ın İrana qarşı sanksiyalarının Azərbaycan və regiona iqtisadi təsirlərini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, bu sanksiyalar dünya iqtisadiyyatına da ciddi təsir göstərəcək: “Çünki İran regional baxımdan geniş imkanlara malikdir. Düşünmürəm ki, bu sanksiyalar Azərbaycan iqtisadiyyatına çox ciddi mənfi təsir göstərəcək. İran milli valyutasının dəyərdən düşməsi Azərbaycan və İran iqtisadi əlaqələrindəki mövcud vəziyyətin dəyişməsinə səbəb ola bilər. Bu İran ixracatçıları üçün böyük imkanlar açacaq. İran üçün digər bazarlara çıxaraq ixrac imkanlarının artırılmasına ehtiyyac olacaq. Bu da Azərbaycanın yerli istehsalçıları üçün müəyyən problemlər yarada bilər. Ona görə də, bu məsələlərə kompleks yanaşmaq lazımdır”.

Qeyd edək ki, noyabrın 4-də, ABŞ-ın İran neftinin idxalına sanksiyaları qüvvəyə minəcək.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

109