Adil Qeybulla, həkim

Həkim: “Azərbaycan əhalisinin psixi reabilitasiyaya ehtiyacı var”

1612
Həkim Adil Qeybulla deyir ki, vəziyyətin bu həddə gəlib çatmasına təsir edən amillər var

Azərbaycanda əhali arasında daha çox sərhədyani psixi xəstəliklər – affektiv pozuntular, əhval-ruhiyyə pozuntuları, xüsusilə depressiya kimi psixi xəstəliklər müşahidə edilir. Bunu özəl olaraq Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.

Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan əhalisinin psixiki reabilitasiyasına ehtiyyac var: “Vəziyyətin bu həddə gəlib çatmasına təsir edən amillər var. Müstəqilliyimizi qazandıqdan sonra bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması, əhalinin böyük əksəriyyətinin miqrasiya vəziyyətində olması nevrozlar, sinir pozuntuları kimi xəstəliklərin əsasını təşkil edən amillərdir. Digər önəmli səbəb isə insanlar arasında ünsiyyətin azalmasıdır”. 

Həkimin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1612