Azərbaycanın energetika naziri Pərviz Şahbazov

Nazir Pərviz Şahbazov bərpaolunan enerji mənbələrindən danışır

81
(Yenilənib 16:23 05.10.2018)
Energetika naziri Pərviz Şahbazov deyir ki, 2030-cu ilədək Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcmi 30 faizə çatacaq

“Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulub”. Sputnik Azərbaycan məlumat verir ki, bunu Moskvada “Rusiya energetika həftəsi” beynəlxalq forumunda “Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda təşkil olunan sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib: “15 il ərzində ölkə iqtisadiyyatı 3,5 dəfədən çox artıb. İqtisadiyyatımıza qoyulan sərmayələrin yarısı birbaşa xarici investisiyalardır. Biz enerji ehtiyatlarımızın çatdırılma marşrutunu ciddi şaxələndirmişik. Biz artıq qonşularımız Gürcüstan və Türkiyəyə qaz çatdırırıq, daha sonra Avropaya nəql edəcəyik. İlkin mərhələdə 16 milyard kubmetr qaz tədarük ediləcək. 2030-cu ilədək Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcmi 30 faizə çatacaq. Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq”.

“Energetika həftəsi” Moskvada oktyabrın 3-dən 6-dək keçirilir. 

Nazirin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

81