Ekspert bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların birinci problemi məktəblərin sayı ilə bağlıdır:
“Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 1989-cu ildə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı 183 idisə, 2018-ci ildə bu say 117-yə düşüb. Digər problem isə şagirdlərin sayı ilə bağlıdır. Sonra 30 ildə təhsil alan şagirdlərin sayında yarıbayarı azalma var. Azərbaycanlıların gürcü dilində tədrisi ilə bağlı dövlət tərəfindən bütün imkanlar yazılır. Bütün bu problemlərin ən əsası isə şagirdlərin ana dilində təhsil imkanlarının gələcəyindəki maneələrdir”.
Təhsil ekspertinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, fevralın 1-dən məktəblərin yenidən açılması sevindiricidir:
“Çünki artıq 4 aya yaxındır, şagirdlərimiz məsafədən təhsil prosesinin iştirakçısıdırlar. Etiraf etmək lazımdır ki, bu cür təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var. Şagirdlər uzun müddətdir ki, təhsildən kənarda qalıblar və onlar birdən-birə adaptasiya ola bilməyəcəklər. Bu baxımdan valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunduğunu bildirib.
Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, polietilen paketlərin ləğv edilməsi ilə bağlı qərar verərkən onu nə ilə əvəz etməklə bağlı da düşünmək lazımdır:
“İnkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir. Bunun bizim ölkəmizdə də tətbiq edilməsi düzgün olardı. Çünki Balaxanıda yerləşən tullantıların emalı müəssisəsi belə kağız paketləri təkrar emal etmək imkanına sahibdir. Əgər bu məsələ həll olunubsa, bu çox təqdirəlayiq addımdır. Amma əksi olduğu təqdirdə problemlər yaradacaqdır”.
Qeyd edək ki, yanvarın 1-dən çox nazik, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub.
Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.
Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.
Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.
Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.
Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.