Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xəyal Rza: “Nəsimi Festivalı hədəflərinə çatdı”

© Photo : Courtesy of Khayal RzaAzərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyir ki, layihənin uğurla keçirilməsi növbəti illərdə də təşkil olunacağını düşünməyə əsas verir

Xəyal Rza: “Nəsimi Festivalı AYB-nin də ürəyincə olan layihə idi”
27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçirilib. 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Sputnik Azərbaycan-a deyir ki, Şərqin böyük şairi Nəsimin 650 illik yubileyi ərəfəsində belə bir festivalın keçirilməsi bütün ədəbiyyatsevərlərlə yanaşı, AYB-nin də ürəyincə olan layihə idi: “AYB-də bu layihədə yaxından iştirak etdi. Düşünürəm ki, bu layihə ilə qarşıya qoyulan hədəflərə çatıldı. Layihənin uğurla keçirilməsi növbəti illərdə də təşkil olunacağını düşünməyə əsas verir”.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0