Kənan Quluzadə

Kənan Quluzadə: “Azərbaycana gələn turistlərin sayında artım var”

132
(Yenilənib 14:56 01.10.2018)
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyir ki, Azərbaycandakı hotellər Avropa Komissiyasının tətbiq etdiyi standartlarla ulduzlaşdırılacaq

“Bu il oktyabrın 18-də Dövlət Turizm Agentliyi irimiqyaslı tədbir baş tutacaq — Azərbaycanın yeni turizm brendi təqdim olunacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə açıqlama verib.

Kənan Quluzadə bildirib ki, yeni brendin altında Azərbaycanın yeni turizm strategiyası və siyasəti dayanır: “Azərbaycana gələn turistlərin sayı hər il artır. Bu ildə 8 faizdən çox artım var. Yaxın zamanda Azərbaycan Hotellər Assosiasiyası yaradılacaq. Bundan sonra bu qurum Avropa Hotellər Assosiasiyasının üzvlüyünə qəbul prosesinə başlanılacaq. Bununla da Avropa Komissiyasının tətbiq etdiyi standartlarla Azərbaycanda hotellər standartlaşdırılacaq, ulduzlaşdırılacaq və sertifikatlaşdırma aparılacaq. Hazırda, həmçinin reyestr məsələsi müzakirə olunur. Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyətində islahatlar aparılacaq. Bakıda isə turistlərin üçün məlumat köşklərinin sayı artırılacaq”.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

132