Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azdramada “Mikayıl Müşfiqin” məşqləri başa çatıb

© Photo : © Courtesy of Cavid ZeynallıAzərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, Azdramada bu günlərdə yeni bir tamaşanın premiyerası keçirilib

Cavid Zeynallı: “Azdrama azyaşlı tamaşaçılarını da heç vaxt unutmur”
“Akademik Milli Dram Teatrı yeni teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açıb”. Bunu teatrın yeni mövsüm planları haqqında Sputnik Azərbaycan-a danışarkən Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

O bildirib ki, bu tamaşa Azərbaycanın və Qarabağın tarixi ilə bağlı olduğu üçün mövsümünə açılış və bağlanış tamaşası olması məqsədə uyğun hesab edilib: 

“Həmçinin Azdramada bu günlərdə yeni bir tamaşanın premiyerası keçirilib. Bu il Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar olaraq Azdrama öhdəsinə düşən məsələləri yerinə yetirməyə çalışır. Bu məqsədlə dramaturq Əli Əmirlinin “Ah bu uzun sevda yolu” pyesi əsasında yeni tamaşanın məşqləri başa çatıb. Bu tamaşanın Mikayıl Müşfiq yaradıcılığına yeni töhfə olacağına inanırıq. Azdrama azyaşlı tamaşaçılarını da heç vaxt unutmur”.

Cavid Zeynallının geniş şərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0