Политолог Арзу Нагиев

Politoloq: ““Azerspace-2” Azərbaycan üçün iqtisadi cəhətdən faydalıdır”

56
(Yenilənib 19:20 29.09.2018)
Politoloq Arzu Nağıyev deyir ki, hazırda peykin qalan tutumlarının satışı üçün aktiv biznes danışıqları aparılır

““Azerspace-2” peykinin orbitə buraxılması Azərbaycanın həm siyasi nüfuzudur, həm də iqtisadi gücünün artması deməkdir”. Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, hazırda peykin qalan tutumlarının satışı üçün aktiv biznes danışıqları aparılır: “Bir neçə dövlətin rəhbər şəxsləri Azərbaycanda olub və bu proseslərlə maraqlanıb. Bu gün ölkəmizdə kosmik sahənin tərəqqisi beynəlxalq əlaqələri inkişaf etdirir. Bu sahə həm də iqtisadi cəhətdən faydalıdır. “Azerspace-2” peykinin ölkəmizə 400 milyon dolllar gəlir gətirəcəyi proqnozlaşdırılır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

56