Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Professor Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin perspektivlərini şərh edir

156
(Yenilənib 14:02 28.09.2018)
Professor Elşad Məmmədov deyir ki, iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir

“Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iki ölkə arasında işgüzar şuralarının geniş iclasında bildirib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:

“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

156