Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hərbi ekspert: ““ADEX-2018” müdafiə sərgisinin siyasi əhəmiyyəti var”

© Photo : Elchin Murad / TeleqrafHərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Üzeyir Cəfərov deyir ki, Azərbaycan və ümumilikdə regionumuz şərgidə iştirak edən ölkələr üçün böyük maraq kəsb edir

Üzeyir Cəfərov: ““ADEX-2018” bir çox dövlətlərin marağındadır”
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Bakıda sayca üçüncüsü keçirilən bu sərgi bir çox dövlətlərin marağındadır: 

“Əvvəlki illərə baxanda həm iştirakçı şirkətlərin, həm də ölkələrin sayı çoxalıb. Azərbaycan və ümumilikdə regionumuz həmin ölkələr üçün böyük maraq kəsb edir. Azərbaycan bu sərgi vasitəsilə hərbi sənaye sahəsində qısa müddətdə əldə etdiyi uğurları nümayiş etdirir. Bununla yanaşı sərginin siyasi əhəmiyyəti də var. Bu sərgi dünyanın başqa ölkələrində keçirilmiş sərgilərdən bir  çox parametrlərinə görə fərqlənir”.

Qeyd edək ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.

Xəbər lenti
0