Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev

Nazir müavini: “Müdafiə Sənayesi Nazirliyi yeni məmulatlarını təqdim edir”

105
(Yenilənib 13:52 26.09.2018)
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyir ki, bu dəfəki sərgidə ziyarətçi şirkət və qurumlarla birlikdə 44 ölkə iştirak edir

Yəhya Musayev: “““ADEX 2018”-ə maraq ildən-ilə artır”
““ADEX 2018” sərgisinin əhatə dairəsi genişdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir müavini bildirib ki, sərgiyə maraq ildən-ilə artır: “Ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir. Sərgidə bir neçə ölkənin rəhbərləri, nazirləri iştirak edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi öz stendi və tərkibinə daxil olan qurumlarla sərgidə iştirak edir. Bu dəfəki sərgidə təkmilləşdirilmiş və yeni məmulatlar təqdim edilir”. 

Nazir müavinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Qeyd edək ki, Sputnik Azərbaycan "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin informasiya tərəfdaşıdır.

105

Politoloq: “Avropa Amerikaya görə Çinlə münasibətlərini pozmaq istəmir”

10
(Yenilənib 00:43 03.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatlar Çinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir
Fikrət Sadıxov: “Çinlə münasibətləri pozmaq Avropa ölkələrinin marağında deyil”

“ABŞ Pekinə qarşı sərtləşdirmə siyasətini bütün müttəfiqləri üçün uyğun hesab edir”. Bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ölkələrin bir-birinə olan münasibətləri sərtləşdirmək və yumşaltmaq istəyi prioritetlərdən asılı olan məqamdır:

“ABŞ-ın Çinə qarşı sərt münasibəti göstərir ki, bu ölkə rəsmi Pekinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir. ABŞ Çinin beynəlxalq münasibətlər sistemində tutduğu kursdan narazıdır. Amma bu, o demək deyil ki, ABŞ-ın müttəfiqləri də bu yolla getməlidirlər. Çin kimi bir güclə münasibətləri pozmağın hansısa Avropa ölkəsinin maraqları çərçivəsində olduğunu düşünmürəm”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Biznes fəaliyyəti ilə məşğul olanlar tələbatın azalmasına hazır olmalıdırlar”

41
(Yenilənib 11:23 02.08.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, elektron ticarətin artımı bütövlükdə iqtisadi proseslərə və cəmiyyətdə baş verən işgüzar fəallığın azalması dinamikasına uyğundur
Elşad Məmmədov: “Elektron ticarətin artımı gözləniləndir”

Rusiyada kişilər onlayn ticarət zamanı qadınlardan 30% daha bədxərcdirlər. Bu, “Russkiy standart” bankının apardığı araşdırma nəticəsində məlum olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, hazırkı şəraitdə elektron ticarətin artımı gözləniləndir:

“Elektron ticarətin artımı bütövlükdə iqtisadi proseslərə və cəmiyyətdə baş verən işgüzar fəallığın azalması dinamikasına uyğundur. Biznes fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra istiqamətlər üzrə xidmət və əmtəələrə tələbatın azalmasına hazır olmalıdırlar”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

41

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0