Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov

Azərbaycan Turizm Menecment Universitetinin inkişaf istiqamətləri müəyyənləşib

570
(Yenilənib 16:12 15.10.2018)
Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov deyir ki, universitetin inkişaf etdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib

Hüseyn Həsənov: “Universitetin beynəlxalq imicinin yaradılması üçün işlər görülür”
Azərbaycan Respublikası Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tərkibinə verilib.

Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov Sputnik Azərbaycan-a deyir ki, Agentlik Azərbaycan Turizm və Menecment Universitetinin strateji planlanması işinin həyata keçirilməsi və universitetin beynəlxalq imicinin yaradılması istiqamətində müəyən addımlar atmağa başlayıb: 

“Hazırda universitetin inkişaf etdirilməsi üçün 3 əsas prioritet istiqamət müəyyənləşdirilib. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universitetinin inkişafını turizm sənayesinin kadrla təminatının əsas açar nöqtəsi kimi görməkdədir. Bu istiqamətdə bir sıra xarici təşkilatlarla əlaqə saxlanılır”.

Hüseyn Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

570

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

91
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

91

Ekspert: “Ölkə iqtisadiyyatını qorumaq üçün ciddi addımlar atılacaq”

95
(Yenilənib 09:46 08.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dövlət büdcəsinə ediləcək dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək
Fuad İbrahimov: “Azərbaycan pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb”

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasının iqtisadi təsirlərinə məruz qalıb:

“Ölkələr iqtisadiyyatı qorumaq üçün monetar və fiskal addımlar atırlar. Azərbaycanda da bununla bağlı olaraq dövlət büdcəsində müəyyən düzəlişlərin aparılacağı gözlənilir. Amma ölkə başçısının da qeyd etdiyi kimi, bu dəyişikliklər pensiyalara, müavinətlərə və bu qəbildən olan digər sosial ödəmələrə mənfi təsir göstərməyəcək”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

0
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

0