Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu regionda terror aktının baş tutması İranda milli zəmində münaqişələrin ərsəyə gəlməsinə təkan verə bilər:
“Hadisələrin gedişatında belə bir məqam var ki, Yəmən tərəfindən Səudiyyə Ərəbistanına hücum edilib. Buradan aydın olur ki, terror qrupları regionda yenidən aktivləşir. Terror sifarişçilərinin konkret məqsədləri var. Terror qrupları da siyasi sifarişləri yerinə yetirirlər. Bu aktivləşmə regionda mənfi mənzərə yaradır. Bu İranda baş verən birinci terror aktı deyil. Düşünürəm ki, bu proseslər davam edəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır.
Sputnik Azərbaycan məlumat verir ki, həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir. Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.
ADA Universitetində fəaliyyət göstərən tədqiqat qrupunun üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Xətai Alıyev bildirir ki, belə bir tədqiqatın aparılması bir neçə cəhətdən əhəmiyyətlidir:
“Makro baxımdan əhəmiyyəti ondan ibarətdir ki, dövlətin bərpa prosesi çərçivəsində ayıracağı resursların effektiv istifadə yolları öyrəniləcək. Təbii ki, digər önəmli məqam qayıdacaq məcburi köçkünlərin rəyinin nəzərə alınması və ən optimal çərçivədə dövlət resurslarının sərf edilməsi araşdırılacaq”.
Xətai Alıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
“Üçtərəfli bəyanatın imzalanması regionda yeni iqtisadi-siyasi reallıqların formalaşmasını şərtləndirir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan video-körpüdə UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyib.
Professor bildirib ki, kommunikasiyaların açılması hər zaman prioritet olub:
“Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir”.
Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.
Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.