Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ekspert: “Cüdo üzrə dünya çempionatının keçirilməsi bizim üçün növbəti sınaqdır”

© Photo : Facebook / rovshan.binnatliRövşən Binnətli
Rövşən Binnətli - Sputnik Azərbaycan
Abunə olmaq
İdman şərhçisi Rövşən Binnətli deyir ki, gənclərin idmana üz tutmasında belə yarışların əhəmiyyəti çox böyükdür

Rövşən Binnətli: “İştirakçıların çox olması təşkilatçılar üzərinə böyük məsuliyyət qoyur”
Azərbaycan tarixində ilk dəfə dünən Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürüb.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan indiyə qədər bir çox beynəlxalq yarışları yüksək səviyyədə təşkil edib: 

“Bu baxımdan cüdo çox önəmli yarışlardan biridir. Yarış iştirakçılarının çox olması təşkilatçılar üzərinə çox böyük məsuliyyət qoyur. Bu yarışın təşkili və keçirilməsi bizim üçün növbəti sınaqdır. İdman Azərbaycanın dövlət siyasətində qırmız xətt kimi keçir. Gənclərin idmana üz tutmasında belə yarışların əhəmiyyəti çox böyükdür”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0