Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova

Ziyalılar şagirdlərə Cümhuriyyət tarixindən mühazirələr söyləyiblər

362
(Yenilənib 12:01 19.09.2018)
Bilik Fondunda İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Sputnik Azərbaycan-a deyir ki, ümumilikdə mühazirələrimizdə 15 mindən çox şagird faydalanıbdır

Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, Bilik Fondu “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda silsilə tədbirlər həyata keçirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Sputnik Azərbaycan-a deyir ki, mühazirələrin 47-si paytaxt, digərləri isə başqa şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizin orta məktəblərində keçirildi. Həmçinin 15 qaçqın və məcburi köçkün məktəbində də mühazirələr təşkil edildi. 

“Ümumilikdə mühazirələrimizdən 15 mindən çox şagird faydalanıbdır. Mühazirələr şagirdlər tərəfindən çox böyük maraqla qarşılandı. Mühazirəçilərin söylədiyi yeni informasiyalar şagirdlərin maariflənməsində, onların dünya görüşünün artmasında və cümhuriyyət tariximizin daha dərindən öyrənilməsində öz rolunu oynadı. Tədbirlərimiz bunla yekunlaşmır, ilboyu bütün respublika ərazisində davam etdiriləcək”.

Xatirə Hüseynovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

362