Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova

Osmanlı əsgəri Azərbaycanı kütləvi qırğından xilas etmək üçün gəlmişdi - tarixçi şərhi

190
(Yenilənib 16:59 17.09.2018)
Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyir ki, Birinci Dünya Müharibəsinin gedişatında ermənilər azərbaycanlılara qarşı təcavüzkar siyasətinə başlamışdılar

“100 il əvvəl regionla bağlı olan dövlətlərin maraqları tam fərqli olsa da Azərbaycanın milli maraqları baxımından üst-üstə düşürdü”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində müasir Türkiyə-Azərbaycan əməkdaşlığının tarixi əsasları mövzusunda keçirilən tədbirdə tarix elmləri doktoru Firdovsiyyə Əhmədova deyib.

Tarixçi bildirib ki, o zamanlar region beynəlxalq rəqabət meydanına çevrilmişdi: “Hələ Birinci Dünya Müharibəsinin gedişatında ermənilər azərbaycanlılara qarşı təcavüzkarlıq siyasətinə başlamışdılar. O dövrdə azərbaycanlıların ermənilərə qarşı təcavüzkarlıq etmək iddiası üçün əsası yox idi. 1918-ci ilin mayında müstəqilliyini elan edən AXC iyunun 4-də  Osmanlı ilə imzaladığı müqaviləyə əsasən Osmanlıdan hərbi yardım istədi. Bu yardımın istənilməsində əsas məqsəd azərbaycanlıların ermənilər tərəfindən təcavüzə məruz qalması, kütləvi qırğınların qarşısını almaq, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün lazım idi”.

Tarixçinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

190