Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Orta məktəb məzunlarının peşə təhsilinə marağı azdır”

© Sputnik / Murad OrujovEtibar Əliyev
Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, bu gün ali təhsil almış mütəxəssislərlə yanaşı peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur

Etibar Əliyev: “Peşə təhsili ilə bağlı maarifçilik işləri zəif aparılır”
"Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir". Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda peşə təhsilinin modernləşdirilməsi istiqamətində müəyyən addımlar atılır: “Peşə Təhsili üzrə Dövlət Agentliyinin müstəqil qurum kimi yaradılmasını buna misal göstərmək olar. Ancaq məsələ budur ki, orta məktəb məzunlarının böyük hissəsinin peşə təhsilinə marağı azdır. Orta məktəb məzunlarının 15-18 faizi peşə təhsilinə üz tutur. Bu sahədə aparılan maarifçilik işlərinin zəif olması da qeyd olunmalıdır. İndiki dövrdə peşə təhsilinin çox böyük əhəmiyyəti var. Bütün hallarda mən düşünürəm ki, bu gün ali təhsil almış mütəxəssislərlə yanaşı peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0