Hacı Şahin Həsənli

Məhərrəm ayında müsəlmanlar etməlidir - ilahiyyatçı şərhi

181
(Yenilənib 11:32 12.09.2018)
Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli deyir ki, Məhərrəm ayının ilk on günündə oruc tutmaq bəyənilən əməldir

Sentybarın 11-dən Məhərrəm ayı başlayıb. Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli Sputnik Azərbaycan-a deyir ki, Məhərrəm ayında ən əlamətdar hadisə Kərbəla hadisəsidir: 

“Hər il müsəlmanlar bu hadisənin ildönümünü qeyd edirlər. Bu İslam aləmində həm böyük faciə, həm də qəhrəmanlıq salnaməsidir. İmam Hüseynin Kərbəla hərəkatı insanı dəyərlər uğrunda savaş idi. Müsəlmanlar bu ayda xeyirxahlığa, fədakarlığa diqqət etməli, dəyərlərə bağlı olduqlarını əməlləri ilə sübut etməlidirlər. Məhərrəm ayının ilk on günündə oruc tutmaq bəyənilən əməldir. Bundan əlavə vermə aksiyaları təşkil olunur və bununla da Kərbəla hadisəsi yad edilir”.

Hacı Şahin Həsənlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

181