Əjdər Ağayev, təhsil eksperti

Rus bölməsinə valideynlərin marağı artıb, yoxsa uşaqların - Ekspert şərhi

177
(Yenilənib 11:17 11.09.2018)
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyir ki, rus bölməsində dərs deyən müəllimlərin keyfiyyəti də müəyyən dərəcədə fərqlənir

Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır. Bu problemlə uşaqlarını 1-ci sinfə göndərən onlarla valideyn qarşılaşıb. Öz uşaqlarını "on-line" qeydiyyatdan keçirən valideynlər onları müvafiq yerlərə yerləşdirə bilməyiblər. Çünki uşaqların məktəblərə "on-line" qəbulu prosesi yazda başlayıb və indiyədək rus bölməsindəki bütün siniflər komplektləşib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda rus bölməsində təhsil almağa marağın artmasının bir neçə səbəbi var:   

“Rus dilinin beynəlxalq dil olması ona marağı artırır. Digər tərəfdən, təlim rus dilində olan məktəblərdə və siniflərdə nizam-intizamın səviyyəsi yüksək olur. Orada dərs deyən müəllimlərin keyfiyyəti də müəyyən dərəcədə fərqlənir. Valideynlərin özlərinin də marağı artıb. Bu da önəmli amildir”. 

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

177