Azər Həsrət

Elektron hökumətin təkmilləşdirilməsinin hansı təsirləri olacaq - ekspert şərhi

128
(Yenilənib 16:55 07.09.2018)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, Prezidentin bu məsələyə əlavə diqqət ayırması passiv qurumları da hərəkətləndirəcək

Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, uzun müddətdir elektron hökümətlə bağlı işlərin sürətli görülməsini istəyirik:

“Prezident İlham Əliyev bu işin effektiv görülməsi üçün əlindən gələni edir. Təəssüf ki, bəzi dövlət qurumları məsuliyyətini tam dərk etmir. Ona görə də elektron hökumət quruculuğu zəif inkişaf edir. Bəzi dövlət qurumlarında, xüsusən də bələdiyyələrdə bu sahədə hansısa işlərin görüldüyünün şahidi olmuruq. Amma, bu yöndə ciddi irəliləyişlərə nail olan dövlət qurumları da var. Prezidentin bu məsələyə əlavə diqqət ayırması passiv qurumları da hərəkətləndirəcək”.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

128