Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkdilli ölkələrin əməkdaşlığı hansı perspektivlər vəd edir - politoloq şərhi

© Sputnik / Murad OrujovPolitoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, türkdilli dövlətlərin belə bir sammitdə görüşməsi xüsusi əhəmiyyət kəsb edir

Arzu Nağıyev: “Türk dövlətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır”
“Azərbaycanın bütün türkdilli dövlətlərlə əlaqələri gündən-günə möhkəmlənir və genişlənir”. Bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı deyib. 

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, TDƏŞ-in VI Zirvə görüşü bir sıra maraqlı məqamlarla yadda qaldı: 

“Əsas məqam odur ki, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olundu. Azərbaycan tranzit və nəqliyyat dəhlizlərinə görə əhəmiyyətli ölkə olduğu üçün bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsinin perspektivləri var. Həmçinin türkdilli dövlətlərin bəziləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsalar da, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Ümumilikdə, türkdilli dövlətlərin belə bir sammitdə görüşməsi xüsusi əhəmiyyət kəsb edir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0