Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Günel Rzayeva: “Bakı Kitab Mərkəzi xarici qonaqların diqqət mərkəzindədir”

© Photo : FB / Rzayeva GunelGünel Rzayeva
Günel Rzayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva deyir ki, Mərkəzin yaradılması ideası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur

Günel Rzayeva: “İstərdik ki, qonaqlar kitab oxumaq mədəniyyətinə riayət etsinlər”
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi kitavsevərlərin ixtiyarına verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva AZƏRTAC-a bildirib ki, bu kitab mərkəzinin yaxın xarici ölkələrdə, hətta Avropada belə analoqu yoxdur: 

“Mərkəzin yaradılması ideası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. Bakının qədim binalarından birində yerləşən bu mərkəz həm şəhər sakinlərinin, həm də xarici qonaqların diqqət mərkəzindədir. Baku Kitab Mərkəzində 40 minə yaxın kitab var. Mərkəzə giriş və kitabları oxumaq pulsuzdur. Hazırda Mərkəzdə xarici dillərdə olan çox sayda kitablar var. İstərdik ki, Mərkəzin qonaqları kitab oxumaq mədəniyyətinə və səliqəsinə riayət etsinlər”. Günel Rzayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0