Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Türkdilli dövlətlərin əməkdaşlıq dinamikası sürətlənəcək”

© Sputnik / Murad OrujovАзербайджанский политолог Ильгар Велизаде
Азербайджанский политолог Ильгар Велизаде - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, bu ölkələrarası əlaqələr onların iqtisadi potensialına və siyasi çəkisinin artmasına müsbət təsir göstərəcək

İlqar Vəlizadə: “Şurada təmsil olunan bütün ölkələr regionda mühüm rol oynayır”
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu sammitin keçirilməsi uzun müddətdir gözlənilirdi: “Sammitin indi keçirilməsi və bundan əvvəl baş verən proseslər göstərir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yeni mərhələyə qədəm basıb. Bunu yeni mərhələ də adlandırmaq olar. Artıq Şuraya yeni üzvlər cəlb olunur. Şuranın üzvü olan bütün ölkələr regionda mühüm rol oynayır. Bu ölkələr arasındakı əlaqələr onların iqtisadi potensialına və siyasi çəkisinin artmasına müsbət təsir göstərəcək. Düşünürəm ki, bu ölkələrin əməkdaşlıq dinamikası növbəti illərdə daha da sürətlənəcək”.

Politoloqun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz

Xəbər lenti
0