Rüfət Məmmədov

Nazir müavini Azərbaycanın ticarət evlərinin fəalliyətindən danışır

117
(Yenilənib 12:17 03.09.2018)
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyir ki, xarici ölkələrdə açılmış ticarət evləri uğurla fəaliyyət göstərir

Rüfət Məmmədov: “Bu il daha 5 ölkədə ticarət evlərinin açılması nəzərdə tutulur”
Bu ilin sonunadək BƏƏ, Çin, Polşa, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət evlərinin açılması nəzərdə tutulur. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. 

Rüfət Məmmədov bildirib ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb: 

“Bu ticarət evi uğurla fəaliyyət göstərir. Bir sıra məhsullarımız bu ticarət evi vasitəsi ilə bazara çıxarılıb. Eyni zamanda bu il artıq üç ticarət evi açılıb. Həmin bazarlarda fəaliyyət göstərən ticarət evlərimiz bazarın xüsusiyyətlərini bilir. Bu, praktiki bir mexanizmdir və ixracatçılarımız da bundan faydalanırlar”. 

Nazir müavinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

117