Rövşən Binnətli

Futbol şərhçisi: ““Qarabağ” bu gün səhv etsə, hər şey əldən çıxa bilər”

0
(Yenilənib 14:54 30.08.2018)
Futbol şərhçisi Rövşən Binnətli deyir ki, komandamızdan soyuqqanlı oynamaq və artıq səhvlərə yol verməmək tələb olunur

“Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük”. Bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Şerif”lə oyun ərəfəsində deyib.

Futbol şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu oyunda “Qarabağ”ın qələbə qazanmaq imkanları var: “Komandamızın səfərdə qol vurmadan məğlub olması işimizi çətinə salır. Bu oyunda müdafiədə son dərəcə etibarlı oynamaq tələb olunur. Çünki son oyunlarda qapımıza vurulan toplar birbaşa müdafiədə buraxılan səhvlərin nəticəsi idi. Şanslara gəldik də isə “Qarabağ”ın mərhələni keçəcəyinə ümid var. Ancaq bu şans 50 faizin üstündə deyil. Mərhələni keçmək üçün komandamızdan soyuqqanlı oynamaq və artıq səhvlərə yol verməmək tələb olunur. Düşünürəm ki, “Qarabağ”ın artıq geriyə yolu yoxdur. “Qarabağ” bu gün səhv etsə hər şey əldən çıxa bilər”.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu gün “Qarabağ” Moldova “Şerif”ini qəbul edəcək. İlk oyunda qonaqlar minimal hesablı qələbə qazanıblar.

Ekspertin geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

0