Politoloq Tofiq Abbasov

ABŞ-Türkiyə münasibətləri normallaşacaqmı - politoloq şərhi

474
(Yenilənib 11:34 30.08.2018)
Politoloq Tofiq Abbasov deyir ki, Türkiyə ABŞ-la sövdələşməyib prinsipial mövqe tutacaqsa, çətin ki, münasibətlərində dönüş yaransın

Tofiq Abbasov: “Türkiyənin hərəkətləri ABŞ-ı qorxudur”
Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar. İki ölkə arasında münasibətlərin müzakirəsi üçün bu gün amerikalı diplomatlar Ankaraya gəliblər.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, hazırda Suriyada vəziyyət təhlükəli həddə çatıb: “İdlib ətrafında müharibənin yeni mərhələsi başlana bilər və bunun arxasında ABŞ dayanır. Belə bir şəraitdə Türkiyənin mövqeyindən çox şey asılıdır. Əgər Türkiyə ABŞ-la sövdələşməyib prinsipial mövqe tutacaqsa onda çətin ki, Ankara ilə Vaşinqtonun münasibətlərində dönüş yaransın. Mən hesab edirəm ki, tərəflər münasibətlərdəki gərginliyin öhdəsindən gələcəklər. Onu da unutmaq olmaz ki, bu prosesin bir neçə vacib şərti var. Türkiyənin Avroasiya iqtisadi məkanına yaxınlaşma meylləri var. Bu da ABŞ-ı qorxudur və ehtiyyatla davranmağa sövq edir”.

Qeyd edək ki, amerikalı rahib E.Branson ev dustağı edilməsindən sonra ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

474
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

2
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Politoloq Fikrət Sadıxov

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

38
(Yenilənib 10:20 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

38