CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadə qəbul olmayan abituriyentlərə səsləndi

Abunə olmaq
Ali məktəblərin vakant yerlərinə qəbul üçün elan veriləcək, deyə Abbaszadə bildirib

Məleykə Abbaszadə: “Dövlət ali məktəblərin yerləri 91,5 faiz dolubdur”
Ali məktəblərə bakalavriat səviyyəsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i, yəni 11 faiz yer boş qalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadənin sözlərinə görə, vakant yerlərə qəbul üçün elan veriləcək: 

“Bu il 45021 plan yeri elan olunub. Hazırda 39947 nəfər qəbul olub. Onlardan 12004-ü dövlət sifarişinə qəbul olub. Qəbul olma faizi 88,73-dir. Nəticələrə əsasən, 5074 yer boş qalıb. Bu da 11 faiz təşkil edir. Dövlət ali məktəblərin yerləri 91,5 faiz dolubdur. Vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə, 1819-u özəl ali məktəblərdədir”.

Məleykə Abbaszadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0