Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Rusiya ABŞ sanksiyalarına qarşı tədbir görməlidir”

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ-ın sanksiyaları Avropada fəaliyyət göstərən bir sıra böyük şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir

Fikrət Sadıxov: “Rusiya iqtisadiyyatı inkişaf etdirəcək addımlar atılmalıdır”
Rusiyanın baş naziri ABŞ-ın Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyaları ölkəsinə qarşı “tammiqyaslı ticarət müharibəsinin elanı” kimi dəyərləndirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın iqtisadiyyatını zəiflədir: 

“Rusiya bu sanksiyalara qarşı müəyyən tədbirlər görməlidir. Sanksiyalara qarşı Rusiya daxilində iqtisadiyyatı inkişaf etdirəcək addımlar atılmalıdır. Bu sanksiyalar Avropada fəaliyyət göstərən bir sıra böyük şirkətlərin fəaliyyətinə də öz mənfi təsirini göstərir. Bəlkə də, Vaşinqtonda bir sıra Avropa ölkələrinin iqtisadiyyatına qarşı addımlar atılır ki, Rusiya ilə layihələr həyata keçirilməsin. Bu baş verənlər, təbii ki, münaqişəyə gətirib çıxara bilməz. Amma Avropa ilə ABŞ arasında qarşıdurma əmələ gələ bilər. Hər halda ABŞ-ın sanksiyalarına qarşı narazılıq var. Bu sanksiyaların davam etməsi ilə narazılıq bundan sonra gərginləşə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, avqustun 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nolet Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Hizer Nolet ABŞ Dövlət Departamenti adından elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın, demək olar ki, kəsilməsi nəzərdə tutulur.

Xəbər lenti
0