Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nazir Qəbələ Beynəlxalq Musiqi Festivalından danışdı

Abunə olmaq
Mədəniyyət naziri Əbülfəs Qarayev deyir ki, kimsə bu festivalın böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcəyini düşünmürdü

Əbülfəs Qarayev: “Beynəlxalq auditoriya Qəbələyə mədəni turizm məqsədləri üçün gəlir”
“İldən-ilə Qəbələ Beynəlxalq Musiqi Festivalının bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən ona göstərilən diqqət və maraq artmaqdadır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“İlk illərdə bu təşəbbüs irəli sürüləndə kimsə düşünmürdü ki, dünya musiqisi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunaraq böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcək. Ötən illər ərzində şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi, dəstəyi və təşkilatçılığı sayəsində dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gəlməsinə imkan yaranıb. London, Yohanesburq, İsrail, Rusiya, Fransa, İtaliya və digər ölkələrin aparıcı musiqi kollektivləri Qəbələyə gəlib. Hesab edirəm ki, bu, öz-özlüyündə bir göstəricidir. İlbəil genişlənən beynəlxalq auditoriya məhz Qəbələyə mədəni turizm məqsədləri üçün gəlməkdədir və bu, bizi olduqca sevindirir” — deyə Əbülfəs Qarayev qeyd edib.

Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində keçirilir.

Nazir Əbülfəs Qarayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0