Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-la müqavilə imzalamağa hazırlaşır”

398
(Yenilənib 14:18 07.08.2018)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, İranda əhalinin etiraz aksiyaları daha da güclənəcək

Mübariz Əhmədoğlu: “İran anlayır ki, ABŞ-ın canişini olmaq əbədi iqtisadiyyat vəd edir”
“İranın daxilində yaranmış iqtisadi vəziyyətə görə əhali narazıdır”. Bunu Sputnik Azərbaycana İranda keçirilən etiraz aksiyalarını şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, İranın xarici siyasətindəki məğlubiyyətlər də etiraz aksiyalarını gücləndirir:

“Bütün bunlar iqtisadi qıtlıq fonunda etiraz aksiyalarının güclənməsinə səbəb olur. İranın milli valyutası hədsiz zəifləyib. Düşünürəm ki, əhalinin etiraz aksiyaları daha da güclənəcək. Düşünürəm ki, İran ABŞ-ın diqtə etdiyi şərtləri qəbul edib, müqavilə imzalamağa hazırlaşır. İran regionda baş verənləri nəzər alaraq anlayır ki, regionda ABŞ-ın canişini olmaq ona əbədi iqtisadiyyat vəd edir”.

Qeyd edək ki, avqusutun əvvəlindən İranın bəzi şəhərlərində iqtisadi problemlərə qarşı etiraz aksiyaları keçirilir. İnsanlar bahalaşma və məzənnənin yüksəlməsinə etiraz edirlər. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

398
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır”

76
(Yenilənib 23:13 14.08.2020)
Professor Elnur Sadıqov deyir ki, bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada sərbəst fəaliyyətdən danışmaq olmaz
Elnur Sadıqov: “Dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir”

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması müasir dövrün tələblərinə cavab verən addımdır:

“Biz bilirik ki, dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir. Lakin ayrılan maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır. Bu məsələlərə aydınlıq gətirmək üçün həmin o vəsaitlər bir mərkəzdə cəmləşdirilir. Qoyulan investisiyalar sərbəst şəkildə özünü idarə etməlidir. Əgər bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada hansı sərbəst fəaliyyətdən danışmaq olar?! Ona görə də belə təşkilatların dövlətin tərkibində qalması daha məqsədəuyğundur”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

76
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

94
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

94
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

0
(Yenilənib 00:13 16.08.2020)
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Rusiya alimləri infeksiayay qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

0