Kamran Əsədov

Ekspert Bakı məktəblərindəki şagird sıxlığı probleminin həll yollarını açıqladı

208
(Yenilənib 09:51 05.08.2018)
Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblərin həyətində modul tipli məktəblər tikməklə şagird sıxlığını aradan qaldırmaq olar

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığı müşahidə olunur”. Bunu Bakı Şəhəri üzrə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. 

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Bakıdakı məktəblərdə şagird sıxlığının aradan qaldırılmasının bir neçə yolu var: 

“Məktəblərdə sıxlığı aradan qaldırmaq üçün ilk növbədə həmin məktəblərin ərazisində yaşayanlar məktəblərə qəbul edilməlidir. Həmçinin hündür mərtəbəli binaların birinci mərtəbəsi tədris mərkəzlərinə verilərsə bu da şagird sıxlığının aradan qaldırılmasına səbəb olar. Bundan başqa məktəblərin həyətində modul tipli məktəblər tikməklə şagird sıxlığını aradan qaldırmaq olar. Əhalinin demoqrafik vəziyyəti nəzərə alaraq, əhalinin qeydiyyatı normal keçirilsə şagird sıxlığı problemi həll edilə bilər. Nəzərə almaq lazımdır ki, bu il altı yaşı tamam olan uşaqlar da məktəblərə gedəcəklər. Bu, o deməkdir ki, hər il birinci sinifə 200 min uşaq gedirdisə, bu say bir az da artacaq. Bu da məktəblərdə şagird sıxlığı yaradacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi şagird sıxlığını nəzərə alaraq modul tipli məktəblər quraşdırmaqla bu problemi həll edə bilər”.

Qeyd edək ki, altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumtəhsil müəssisələrinin birinci sinfinə müsabiqəsiz qəbul ediləcəklər. 

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

208