Müslüm İbrahimov

Ekspert: “Qiymət artımına səbəb modernizasiyanın aparılmasıdır”

176
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, modernizasiyanın aparılmasında istehlakçının da rolu olmalıdır

“Nəqliyyatla bağlı olan sahələrdə həmişə kapital qoyuluşuna ehtiyac var”. Bunu Sputnik Azərbaycan-a Tarif Şurası tərəfindən ictimai nəqliyyatdan istifadə qiymətlərinin artırılmasını şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekpsert bildirib ki, burada əsas məsələ modernizasiyanın aparılmasıdır: “Dövlət bir çox sahələrə investisiya qoyuluşu edir. Bu da büdcə vəsaiti hesabına həyata keçirilir. Modernizasiyanın aparılmasında istehlakçının da rolu olmalıdır. İstehlakçı bu sahənin inkişafına birbaşa təsir göstərir. Bu təbii prosesdir. Buna görə də dövlət öz xüsusi çəkisinin azaldılmasına çalışır. Metro nəqliyyatında hər zaman sərbəst kapital lazımdır ki, modernizasiya olsun”.

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

176