Politoloq İlqar Vəlizadə

Merkel Cənubi Qafqaza niyə gəlir - politoloq şərhi

245
(Yenilənib 12:08 24.07.2018)
Politoloq İlqar Vəlizadə deyir ki, bu vaxtadək heç bir Almaniya kansleri hələ Cənubi Qafqaza səfər etməyib

İlqar Vəlizadə: “Angela Merkelin Qafqaza səfəri Azərbaycan və Almaniya üçün yeni imkanlar yaradır”
“Almaniyanın kansleri Angela Merkelin Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaza səfəri tarixdə ilk dəfə baş verir – müstəqillik qazanmış bu regiona indiyədək Almaniya kansleri səfər etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.

“Almaniya kanslerinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin səviyyəsinin qaldırılması üçün imkanlar yaradır. Biz ümid edə bilərik ki, Azərbaycan və Almaniya münasibətlərində indiyədək olan çərçivələr kanslerin səfəri nəticəsində müəyyən qədər genişlənsin” — deyə İlqar Vəlizadə bildirib.

Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz

245
Siqaret, arxiv şəkli

DİN rəsmisi siqaret çəkməyin qadağan olunduğu məkanları açıqlayır

70
(Yenilənib 14:11 26.11.2020)
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyir ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır
Elşad Hacıyev: “Bu yerlərdə tütün məmulatlarının istifadəsi qadağandır”

“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.

“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.

Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

70
Teqlər:
risk, Koronavirus, epidemiya, COVID-19, icazə, məkan, cərimə, Elşad Hacıyev, qadağa, siqaret çəkmək, tütün məmulatları, siqaret
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

19
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

0
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

0
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO