Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Ekspert: “Yolların sahibkarlar tərəfindən zəbt olunmasının qarşısı alınmalıdır”

300
(Yenilənib 11:57 18.07.2018)
Yol-nəqliyyat eksperti Azər Allahverənov deyir ki, tikinti işlərinə nəzarət edən qurumlar merkantil maraqlarına görə yol təsərrüfatına, insanların sərbəst şəkildə hərəkətinə maneə yaradan fəaliyyətə imkan verirlər

Azər Allahverənov: “Tikinti şirkətləri üzərində dövlət nəzarəti gücləndirilməlidir”
“Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Yol-nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, şəhərsalma ilə yol-nəqliyyat infrastrukturu arasında bir sıra məqamlarda ziddiyyətlər önə çıxır: 

“Bəzi hallarda dövlətə məxsus yol sahibkarlar tərəfindən zəbt olunur. Yollar ətrafında aparılan təmir-tikinti işləri nəqliyyatın hərəkətini də iflic edir. Tikinti işlərinə nəzarət edən qurumlar merkantil maraqlarına görə yol təsərrüfatına, insanların sərbəst şəkildə hərəkətinə maneə yaradan fəaliyyətə imkan verirlər. Belə neqativ hallar şəhər yollarında gərginliyin yaranmasına gətirib çıxarır. Həmin tikintiləri həyata keçirən şirkətlərin fəaliyyəti üzərində dövlət nəzarəti gücləndirilməlidir. İstənilən halda yol insfrastrukturu heç bir maneə olmadan, normal fəaliyyət göstərməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

300

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

12
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

12
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0