Natiq Cəfərli

ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatını çökdürə bilər - Ekspert şərhi

227
(Yenilənib 10:31 16.07.2018)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır

ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərində olan 800-dən çox məhsula 25 faizlik əlavə gömrük vergisinin tətbiqinə rəsmən start verib. Tramp administrasiyasının bu addımı “ticarət müharibəsinin rəsmi olaraq başlanması” kimi təqdim edilir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar: “Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalağavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.

ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq Tramp hökumətinin mart ayında polad və alüminiuma 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

227