Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan və Aİ arasında hələ də anlaşılmaz məqamlar var”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Azərbaycan prosesin daxili siyasətdəki məqamlarla şərtləndirilməsini istəmir

Tofiq Abbasov: “Azərbaycan və Aİ arasındakı münasibətlərdə dinamika var”
Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, bu sənədlə iki tərəf arasındakı inteqrasiya məsələlərində daha yüksək səviyyəli format qurulur: 

“Aydındır ki, tərəflər arasında anlaşılmaz məqamlar var. Buna baxmayaraq, rəsmi Bakı və Brüssel iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsində israrlıdırlar. Azərbaycanın istəyi budur ki, bu proses Azərbaycanın daxili siyasətindəki məqamlarla şərtləndirilməsin. Son görüşlərdən gəlinən nəticə budur ki, tam anlaşma şəraiti bərqərar olub. Faktiki olaraq tərəflər problemli vəziyətdən daha çox hər iki tərəf üçün əhəmiyyət kəsb edən motivləri rəhbər tutublar. Bu da onu göstərir ki, Azərbaycan və Aİ arasındakı münasibətlərdə dinamika var”.

Qeyd edək ki, razılaşdırılan tərəfdaşlıq prioritetləri 2018-2020-ci illərdə Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının siyasi çərçivələrini təmin edəcək. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0