Politoloq İlqar Vəlizadə

Politoloq: “Ərdoğanın Bakı səfəri dünyaya mesajdır”

200
(Yenilənib 12:15 10.07.2018)
Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyədə hər yeni seçilən prezident, baş nazir ilk səfərini Azərbaycana edib

İlqar Vəlizadə: “Bizim münasibətlərimiz mürəkkəb proseslərin qarşısını alır”
“Ərdoğanın Azərbaycana səfəri uzun müddətli ənənənin davamıdır”. Bunu politoloq İlqar Vəlizadə Türkiyənin yeni seçilmiş prezidenti R.T.Ərdoğanın Azərbaycana edəcəyi səfər haqqında Sputnik Azərbaycan-a danışarkən deyib.

Politoloq bildirib ki, Türkiyədə hər yeni seçilən prezident, baş nazir ilk səfərini Azərbaycana edib: “Bununla onlar xarici siyasətdəki prioritetlərini açıq-aşkar bəyan edirdilər. Bu, dünyaya olan mesajdır. Hazırda dünyada gedən proseslər siyasi, hüquqi əsaslarını şübhə altına salır. Bəzi hallarda bu, böhranlı vəziyyətə gətirib çıxarır. Azərbaycan-Türkiyə münasibətləri belə mürəkkəb proseslərin qarşısını almağa imkan yaradır. Çünki bu, proqnozlaşdırılan siyasətdir. Bu siyasətin möhkəm dayaqları var”.

Qeyd edək ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini iyulun 10-da Azərbaycana edir.

200
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

87
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

87
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

310
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

310
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi

Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO

0
(Yenilənib 01:57 28.09.2020)
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür

BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
məhv, hərbi texnika, Ermənistan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı