Kamran Əsədov

Ekspert: “Saxta diplomlu şəxslər işdən azad edilməlidir”

145
(Yenilənib 12:29 06.07.2018)
Təhsil eksperti Kamran Əsədov deyir ki, diaqnostik qiymətləndirmədə müəllimlərin 45 faizi öz ixtisası üzrə minimum suallara cavab verə bilmir

“Saxta diplomlu şəxslərin işdən azad edilməməsi təhsilə vurulan ən böyük zərbələrdən biridir”. Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində 2017/18-ci dərs ilinin yekunlarına həsr olunmuş tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, belə şəxslər məktəblərdən uzaqlaşdırılmalı, onların yerinə gənc kadrlar gətirilməlidir: 

“Diaqnostik qiymətləndirmədə müəllimlərin 45 faizi öz ixtisası üzrə minimum suallara cavab verə bilmir. Diaqnostik qiymətləndirmə müəllimlərin biliyini tam şəkildə ortaya qoyur. Məhz bunun nəticəsidir ki, buraxılış imtahanlarında şagirdlərimizin 35 mini ana dili fənnindən “2” alırlar. Bizim müəllimlərimiz dövlətin ona verdiyi pulun müqabilində az da olsa iş görə bilmir. 26 il ərzində təhsilin keyfiyyətində dəyişiklik yoxdur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

145