Əli Həsənov

Əli Həsənov: “Narkotikin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib”

178
(Yenilənib 13:01 02.07.2018)
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyir ki, bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb

“Son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

“Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər. Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayınlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir” — deyə o bildirib.

Baş nazirin müavininin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

178